Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld

Yanvarın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,12 dollar ucuzlaşaraq 87,79 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,15 dollar ucuzlaşaraq 85,70 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,18 dollar ucuzlaşaraq 47,71 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 30-da 1,36 dollar ucuzlaşaraq 84,63 dollar olub.