BAKI, TurkicWorld
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,04 ABŞ dolları və ya 0,06% azalaraq 71,71 dollar təşkil edib.
Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 dollar və ya 0,13% ucuzlaşaraq 69,53 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,21 dollar və ya 0,55% azalaraq, 37,62 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,32% artaraq 68,79 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.







