Azərbaycan Türkiyə Energetika Nazirliyi qaz tədarükü qaz ixracı qaz sazişi qazın həcmi

Ötən il Azərbaycandan Türkiyəyə 9,6 milyard kubmetr qaz ixrac edilib

BAKI,TurkicWorld

Ötən il Azərbaycandan Türkiyəyə 9,6 milyard kubmetr təbii qaz ixrac edilib.

TurkicWorld bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ötən il Azərbaycandan Türkiyəyə qaz ixracı 0,3 milyard kubmetr və ya 3% azalıb.

Belə ki, 2024-cü ildə Azərbaycandan Türkiyəyə 9,9 milyard kubmetr təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 27,9 milyard kubmetri "Şahdəniz"in, 1,6 milyard kubmetri "Abşeron" yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı isə 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

Mövzuya görə xəbərlər