Son dəqiqə

Azərbaycan Avstriya Dövlət Gömrük Komitəsi

Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Avstriyaya 88 milyon ABŞ dolları həcmində bitumlu süxurlardan əldə edilmiş 177,5 min ton neft və neft məhsulları ixrac olunub.

TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,1 milyon ABŞ dolları və ya 1,8 dəfə , həcm baxmından isə 91,6 min ton və ya 2,1 dəfə çoxdur.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Avstriyaya 47,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 85,9 min ton neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Mövzuya görə xəbərlər