Son dəqiqə

Azərbaycan Türkiyə Ceyhan limanı Azərbaycan nefti İtaliya neft hasilatı neft FOB CIF URALS Auqusta limanı Azeri Light xam neft

Azərbaycan nefti ucuzlaşıb

BAKI. TurkicWorld

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,11 ABŞ dolları və ya 4,2% azalaraq, 70,65 dollar təşkil edib.

Bu barədə TurkicWorld -ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,13 dollar və ya 4,3% ucuzlaşaraq 69,11 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,13 dollar və ya 5,3% azalaraq, 56,04 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,08 dollar və ya 4,3% azalaraq 68,85 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər