Bakı,TurkicWorld
2024-ci ildə Avropa 13 milyard kubmetr Azərbaycan qazı alacaq.
TurkicWorld məlumatlı mənbəyə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə təxminən 8% çoxdur.
Bu həcmdən 12 milyard kubmetrə yaxın Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə nəql ediləcək - bu, ən yüksək göstəricidir (2023-cü ildə bu rəqəm 11,8 milyard kubmetr idi), Aİ qalan hissəni isə Türkiyə-Bolqarıstan sərhədindəki "Malkoçlar/Strandja" qaz qovşağı vasitəsilə alacaq.
2024-cü ildə Azərbaycan bütövlükdə qazın ixracını 25 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2023-cü ildə bu, 23,8 milyard kubmetr təşkil edib.
Avropalı alıcılardan başqa (2020-ci ilin dekabrından Azərbaycan qazını "Şahdəniz" yatağından alırlar), Gürcüstan və Türkiyə 2007-ci ildən etibarən "Şahdəniz"dən fasiləsiz olaraq qaz alır.