Azərbaycanda qaz hasilatı artıb

Azərbaycanda qaz hasilatı artıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda təbii qaz hasilatı 35,7 milyard kubmetri, o cümlədən əmtəə qazının hasilatı 26,4 milyard kubmetri ötüb.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 18,2 və 23,6 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 21,3 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,3 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda təbii qaz hasilatı 36,7 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 26,06 milyard kubmetrdən çox olmuşdu.