Avropada təbii qazın qiyməti yenidən min avronu ötdü

Avropada təbii qazın qiyməti yenidən min avronu ötdü

Avropa birjalarında təbii qazın qiymətləri yenidən min kubmetr üçün 1000 avro həddini keçib.

TurkicWorld-un məlumatına görə, noyabrın 16-da Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 036 avro olub.

Ötən sutka ilə yanaşı qiymətlər 5,7 faiz artıb.

Xatırladaq ki, Avropa birjalarında təbii qazın qiymətləri oktyabr ayında 1 950 dollaradək bahalaşmışdı.