"OPEC+" neft hasilatını azaldacaq

"OPEC+" neft hasilatını azaldacaq

Bakı. TurkicWorld:

“OPEC+” üzvləri gələn ilin əvvəlində gündəlik hasilatın demək olar ki, 2 milyon barel azaldılması ilə bağlı razılığa gəliblər.

TurkicWorld xəbər verir ki, alyansın onlayn iclasının iştirakçıları noyabrın 30-da bu qərara gəliblər.

Eyni zamanda, Rusiya neft hasilatını gündəlik 500 min barel azaltmağa hazırlaşır. Səudiyyə Ərəbistanı isə neft hasilatını könüllü olaraq sutkada 1 milyon barel azaltmaq qərarını uzadıb.

Eyni zamanda, hasilatın azaldılması bütün “OPEC+” iştirakçılarına təsir etməyə bilər.

“Brent” markalı neftin qiyməti neft hasilatının azalacağı xəbəri ilə yüksəlməyə davam edib. Belə ki, yanvar ayının fyuçersləri üzrə 1,28 faiz artaraq bir barel üçün 84,16 dollar təşkil edib.