Avropa birjalarında təbii qaz bir gündə 12 faiz bahalaşıb

Avropa birjalarında təbii qaz bir gündə 12 faiz bahalaşıb

Avropa birjalarında təbii qazın qiyməti son sutka ərzində 12 faiz bahalaşıb.

TurkicWorld-un məlumatına görə, son saatlarda Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 303 dollara alınıb-satılır.

Qeyd edək ki, ötən gün təbii qazın qiymətləri 1 200 dollar həddini keçsə də, günün sonunda 1 160 dollaradək azalmışdı.

Ötən həftə təbii qazın qiyməti Avropada tarixdə ilk dəfə min dollara, daha sonra 1 100 dollaradək artmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.