Bakı.TurkicWorld:
Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə neft təchizatının genişləndirilməsi üçün Qazaxıstan tərəfindən həcmlərin artırılması zəruridir.
TurkicWorld xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumunda "SOCAR Trading" şirkətinin ticarət əməliyyatları üzrə icraçı direktor vəzifəsini icra edən Tağı Tağızadə bildirib.
"Qazaxıstan nefti BTC marşrutu ilə nəql edir, belə ki, dəyər baxımından fərqlərin mövcudluğunu qəbul edir. Burada marşrutun keyfiyyəti, çatdırılma müddəti, daşınma xərcləri, qiymətqoyma strukturu, sığorta xərcləri və digər amillər nəzərdə tutulur", – deyə o bildirib.
"SOCAR Trading" nümayəndəsinin sözlərinə görə, bütün bu elementlər həqiqətən mövcuddur və BTC marşrutu region üçün daha təhlükəsiz və daha dəyərli ixrac istiqamətidir və bu statusunu bu gün də qoruyub saxlayır.
"Eyni zamanda, Qazaxıstandan olan həmkarlarımız daşınmanın yüksək dəyərini haqlı olaraq qeyd etsələr də – çünki onlar Xəzərdən keçən daşımaları, Qazaxıstan ərazisi üzrə daxili nəqliyyatı və daha sonra Ceyhana çatdırılmanı həyata keçirməlidirlər – bununla belə BTC-ni mövcud marşrutlara yaxşı alternativ kimi qiymətləndirirlər. BTC marşrutundan istifadəni daha da genişləndirmək üçün əsas amil Qazaxıstan tərəfindən tədarük həcmlərinin artırılması ola bilər", – deyə T. Tağızadə yekunlaşdırıb.
Qeyd edək ki, BTC Co.-nun səhmdarları aşağıdakılardır:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).






