Bakı. TurkicWorld:
Neft və qaz sənayesi üçün qazma və mühəndislik xidmətləri göstərən "Drilltechsolution" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
TurkicWorld xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Belə ki, şirkət nizamnamə kapitalının 780 000 ABŞ dolları məbləğdən 580 000 ABŞ dolları məbləğə azaldığının elan edib.
"Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı, Məhəllə 1181, Blok A1, Mərtəbə 2 (AZ1025) ünvanına bildirə bilərlər", - məlumatda bildirilib.
Sözügedən şirkət 2021-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Eyubov Azər Qələndəroviçdir.





