Azərbaycan Türkiyə

Ötən il Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracından 36 milyon dollar gəlir əldə edib

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycandan Türkiyəyə 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

TurkicWorld-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 36,045 milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 174 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsi ilə isə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Mövzuya görə xəbərlər