BAKI, TurkicWorld
ABŞ-də baş verən qasırğa səbəbindən təxminən 230 min ev elektriksiz qalıb.
TurkicWorld xəbər verir ki, məlumatı “CBS News” yayıb.
Nyu-York qubernatoru Keti Hoxul yaxınlaşan qar fırtınası ilə əlaqədar ştat üzrə fövqəladə vəziyyət elan edib. Qubernator bildirib ki, bu addım resursların səmərəli şəkildə yerləşdirilməsinə imkan verəcək.
Hoxul cavab tədbirlərini Nyu-York şəhər meri Zöhran Mamdani ilə əlaqələndirib. Hakimiyyət orqanları sakinlərdən mümkün olduqda evdə qalmalarını xahiş edib.







