Son dəqiqə

neft Brent neftin qiyməti

"Brent" markalı neftin qiyməti 79 dolları ötüb

BAKI, TurkicWorld

Cari ilin avqust ayında çatdırılması nəzərdə tutulan "Brent" markalı neftin fyuçers qiyməti bu il yanvarın 23-dən bəri ilk dəfə olaraq 79 dolları keçib.

TurkicWorld xəbər verir ki, bu barədə birja məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 19:09-da "Brent" neftinin qiyməti 3,85 faiz artaraq bir barel üçün 79,01 dollar olub.

Lakin saat 19:14-ə olan məlumata görə, qiymət artımı bir qədər zəifləyib və "Brent" 3,54 faizlik artımla 78,77 dollar təşkil edib. Eyni vaxtda, ABŞ-ın "WTI" markalı neftinin avqust fyuçersi isə 2,81 faiz bahalaşaraq bir barel üçün 75,47 dollar təşkil edib.

Mövzuya görə xəbərlər