Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

Bakı. TurkicWorld:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 13-də 110,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.