Azərbaycan nefti dörd dollardan çox bahalaşıb

Azərbaycan nefti dörd dollardan çox bahalaşıb

Bakı. TurkicWorld:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 117,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,27 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 115,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,57 dollar/barel çoxdur.