Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

BAKI/ TurkicWorld:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 15-də 105,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,74 dollar/barel azdır.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 104,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,74 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,03 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 107,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,67 dollar/barel azdır.