Son dəqiqə

Azərbaycan Ceyhan limanı Brent Dated FOB CIF URALS Auqusta limanı

Azərbaycan neftinin qiyməti 118 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 118.17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 119,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,51 dollar/barel çoxdur.

Mövzuya görə xəbərlər