Azərbaycan neftinin qiyməti bir gündə 10 dollara yaxın bahalaşaraq 112 dollara çatır

Azərbaycan neftinin qiyməti bir gündə 10 dollara yaxın bahalaşaraq 112 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 111,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,6 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 112,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 9,72 dollar/barel çoxdur.