Son dəqiqə

Azəri-Çiraq-Günəşli

AÇG-dən SOCAR üçün səmt qazı tədarükü artıb

2021-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan SOCAR üçün əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 3 milyard kubmetr səmt qazı təhvil verilib.

TurkicWorld bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

Mövzuya görə xəbərlər