SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli barədə açıqlama verib

SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli barədə açıqlama verib

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir.

Bunu TurkicWorld-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, ildə orta hesabla 100 min tona yaxın Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur.

Qeyd edək ki, uzunluğu 1768 km olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib.

2021-ci il dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.