Son dəqiqə

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır - Səfir

Bakı. TurkicWorld:

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır.

TurkicWorld xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko İtaliyanın Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib.

"Bu gün biz həm İtaliya, həm Azərbaycanı, ölkələrin xalqlarını birləşdirən dərin dostluğu qeyd edirik. İkitərəfli münasibətlərimiz strateji xarakter daşıyır. Onlar intensiv siyasi dialoqa və ən yüksək səviyyədə səfərlər və missiyalar mübadiləsinə əsaslanır", - o deyib.

Diplomat vurğulayıb ki, bu gün İtaliya və Azərbaycan şirkətləri arasında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də iqtisadi əməkdaşlıq getdikcə artır.

"Əməkdaşlığımız təkcə Azərbaycan və İtaliya üçün deyil, həm də Avropa İttifaqı üçün strateji xarakter daşıyan enerji sektorunda fundamental əlaqələrlə səciyyələnir", - o əlavə edib.

"Xüsusilə bu il ölkələrimizin üzərinə daha böyük məsuliyyət qoyulur və əməkdaşlıq üçün əlavə imkanlar açılır. İtaliya G7-yə, Azərbaycan isə COP29-a sədrlik edir və bu tədbirin uğurlu olacağına əminik", - deyə səfir yekunlaşdırıb.