Bakı. TurkicWorld:
СОР29-un uğuru labüddür.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
"Azərbaycan Respublikasını COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, dünən görüşməkdən məmnun olduğum COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin məharətli rəhbərliyi altında COP29-a hazırlıq ən yüksək səviyyədə aparılır. СОР29-un uğuru artıq labüddür. COP29 yeni texnologiyalara qapı açacaq və Azərbaycana bu məsələdə uğurlar arzulayıram. İqlim konfransının uğurla keçirilməsi üçün ən xoş arzularımı çatdırıram", - o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.







