Son dəqiqə

BƏƏ

BƏƏ Azərbaycanla sıx əməkdaşlıq edəcək - Sultan Əl Caber

Bakı. TurkicWorld :

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanla sıx əməkdaşlıq edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" sərgilərinin açılışında BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, COP28-in prezidenti Sultan Əhməd Əl Caber deyib.

"Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. BƏƏ hazırkı həmsədr olaraq həmkarlarımızla, COP29 Rəyasət Heyəti ilə qarşılıqlı fəaliyyət göstərməyə çox sıx əməkdaşlıq etməyə davam edəcək və bütün ölkələri, həmçinin maraqlı tərəfləri Dubayda keçirilən COP28-də əldə edilmiş misilsiz nəticələrə əsaslanaraq, COP29-un böyük uğur qazanmasını təmin etməyə çağırırıq", - o deyib.

Mövzuya görə xəbərlər