Son dəqiqə

Azərbaycan və Bolqarıstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər

Bakı. TurkicWorld:

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli və tranziti məsələləri diqqət mərkəzində olub. SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - paylaşımda deyilir.