OPEC+ ölkələri noyabr ayında hasilatı azaldıb

OPEC+ ölkələri noyabr ayında hasilatı azaldıb

Bakı. TurkicWorld:

OPEC+ sazişində iştirak edən OPEC ölkələri (İran, Liviya və Venesuela istisna olmaqla) 2023-cü ilin noyabr ayında neft hasilatını gündəlik 140 min barrel azaldıblar.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat OPEC-in dekabr ayı üzrə hesabatında dərc olunub.

Beləliklə, ötən ay OPEC+ ölkələrinin neft hasilatı əsasən Anqola və İraqın hasilatı azaltması hesabına gündəlik 22,751 milyon barrelə düşüb.

Xatırladaq ki, OPEC+ sazişində iştirak edən 10 OPEC ölkəsi 2022-ci il oktyabr ayında neft hasilatını gündəlik 1,273 milyon barrel azaldaraq gündəlik 25,416 milyon barrelə düşürmək barədə razılığa gəliblər. Noyabr ayında bu ölkələrin real neft hasilatının həcmi gündəlik 22,751 milyon barrel olub ki, bu da OPEC+ sazişi ilə nəzərdə tutulan səviyyədən gündəlik 2,665 milyon barrel aşağıdır.

Qeyd edək ki, OPEC+ sazişində OPEC-in 13 üzvündən 10-u iştirak edir. Belə ki, İran, Liviya və Venesuela məhdudiyyətlərdən azaddır.

Bütünlükdə 13 OPEC üzvü noyabr ayında neft hasilatını əsasən Anqola və İraqda hasilatın azalması hesabına gündəlik 57 min barrel azaldaraq gündəlik 27,837 milyon barrelə düşürüblər.