Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Bakı. TurkicWorld:

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 20 279,7 min. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 0,1% artım deməkdir.

Dövlət Statistika Komitəsindən TurkicWorld-a verilən məlumata görə, hesabat dövründə istehsal edilən elektrik enerjisinin həcmi 19 590,5 mln. kVt/saat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% çoxdur.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda İstilik Elektrik Stansiyalarda 18 100,8 mln. kVr/saat, Su Elektrik Stansiyalarda isə 1 392,6 mln. kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə müvafiq olaraq 0,1% azalma və 1,1% artım deməkdir.

Qeyd edək ki, ölkədə istehsal olunan elektrik enerjisinin qalan hissəsi digər enerji mənbələrinin payına düşüb.