Azərbaycan ABŞ bərpa olunan enerji AmCham Azərbaycanda Amerika Ticarət Palatası (AmCham)

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsinə xarici investisiyalar artacaq - ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru

Azərbaycanda "yaşıl" enerjinin dayanıqlı inkişaf proqramlarının hazırlanması bu sektora investisiyaların artımına xidmət edəcək.

TurkicWorld-un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının (AmCham) icraçı direktoru Gülnarə Aslanbəyli çərşənbə günü “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, "yaşıl" enerjinin imkanları dünya səviyyəsində tam tədqiq olunmayıb və bir çox investorlar risk etmək istəmir:

"Əminəm ki, "yaşıl" enerjinin inkişafı və bu sahədə sahibkarların dəstəklənməsi üzrə dövlət proqramlarının hazırlanması xarici investisiyaların artımına xidmət edəcək".

O əlavə edib ki, Azərbaycanın bu sahədə milli prioritetləri dəyişməz qalır: "Biz əminik ki, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsinə xarici investisiyalar ildən-ilə artacaq".

Mövzuya görə xəbərlər