Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 134 faiz yerinə yetirib

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 134 faiz yerinə yetirib

2021-ci ilin avqustunda Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,61 milyon barel/sutka təşkil edib.

TurkicWorld bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici iyul ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, avqust ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 134 faiz yerinə yetirib:

"Avqust, sentyabr və oktyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,63, 0,63 və 0,64 milyon barel/sutka təşkil edir".

Qeyd edək ki, bu ilin iyulunda OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən Azərbaycanın avqust ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 91 min barel təşkil etməli, gündəlik hasilat isə iyul ayı ilə müqayisədə sutkada 7 min barel artırılaraq 627 min barel/sutka təşkil etməli idi.