Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycandan Avropaya qaz idxalı artıb

Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycandan Avropaya qaz idxalı artıb

Bakı. TurkicWorld:

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya qaz idxalı 2023-cü ilin ilk üç rübü ərzində illlik hesablamada 2 faiz və ya 0,2 milyard kubmetr artıb.

TurkicWorld Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində Avropaya qaz tədarükünün ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 13 faiz (yaxud 54 milyard kubmetr) azalıb.

Rusiyadan boru qazı axınının azalması, daxili hasilatın davamlı azalması və Norveçdə texniki xidmətin daha yüksək səviyyəsi ilkin qaz tədarüklərinin əlçatanlığını azaldıb.

Agentliyin məlumatlarına əsasən, maye təbii qaz (MTQ) 2023-cü ilin ilk üç ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 faiz artaraq, Avropanın ümumi qaz istehlakının təqribən 40 faizini təşkil edib ki, bu da Ukraynada müharibə başlamazdan əvvəl rus boru qazının payına bərabərdir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn