Qlobal neft tələbatı 2045-ci ildə gündəlik 116 milyon barrelə çatacaq - OPEC

Qlobal neft tələbatı 2045-ci ildə gündəlik 116 milyon barrelə çatacaq - OPEC

Bakı. TurkicWorld:

Qlobal neft tələbatı 2045-ci ildə gündəlik 116 milyon barrelə çatacaq.

TurkicWorld-un məlumatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2045-ci ilə qədər qlobal iqtisadiyyat, enerji və neft tələbi ilə bağlı orta və uzunmüddətli proqnozlarını özündə əks etdirən 2023-cü il Dünya Neft Təqdimatı hesabatına əsasən, qlobal ilkin neft ekvivalenti ötən il 291 milyon barel olub.

2045-ci ildə gündəlik neft ekvivalentində 68,3 milyon barel (23 faiz) artımla 359 milyon barel neft ekvivalentinə çatacağı gözlənilir.

Resurs əsasında, enerji siyasətləri və iqlim öhdəlikləri səbəbindən kömürdən başqa bütün ilkin yanacağa tələbatın uzunmüddətli perspektivdə artması gözlənilir.

Bu dövrdə ən güclü artımın bir çox bölgədəki güclü siyasət dəstəyi sayəsində gündəlik 34,3 milyon barrel neft ekvivalenti artımı ilə digər bərpa olunan enerji mənbələrində, xüsusilə külək və günəşdə yaşanacağı proqnozlaşdırılır.

Keçən il qlobal enerji kompleksində payı təxminən 2,7 faiz olan digər bərpa olunan enerji mənbələrinin 2045-ci ildə 11,7 faiz payı olacağı təxmin edilir.

Aytac Süleymanova

Twitter: a_alieva_