Azərbaycan qaz ixracından gəliri 18%-dən çox artırıb

Azərbaycan qaz ixracından gəliri 18%-dən çox artırıb

Bakı.TurkicWorld:

2023-cü ilin ilk beş ayı ərzində Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 5,995 milyard dollarla müqayisədə 7,103 milyard dollar olub.

TurkicWorld bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir illik hesablamada 18,5 faiz artıb.

Bununla belə, Azərbaycandan təbii qaz ixracı 2022-ci ilin ilk beş ayındakı 9,458 milyard kubmetrlə müqayisədə bu ilin analoji dövründə azalaraq 9,363 milyard kubmetrə düşüb.

DGK-nin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində təbii qazın payı keçən ilki 38,89 faizlə müqayisədə 44,08 faiz olub.