Mikayıl Cabbarov “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti ilə görüşüb

Mikayıl Cabbarov “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti ilə görüşüb

Bakı. TurkicWorld:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazla görüşüb.

TurkicWorld xəbər verir ki, nazir bu barədə özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, görüşdə şirkətin Azərbaycandakı fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları və perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb.