BTQ ilə yük daşımaları 2,4 milyon tonu ötüb

BTQ ilə yük daşımaları 2,4 milyon tonu ötüb

Bakı. TurkicWorld:

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol marşrutu ilə yük daşımaları marşrutun bütün fəaliyyət müddəti ərzində 2,4 milyon tondan çox olub.

TurkicWorld Türkiyə mediasına istinadən xəbər verir ki, BTQ-dən istifadə etməklə Londondan göndərilən yükləri Pekinə çatdırmaq olar.

Məlumatda deyilir ki, COVID-19 pandemiyası dövründə BTQ yük daşımalarında xüsusilə vacib rol oynayıb, quru nəqliyyatı ilə sərhəd kəsişmələrində problemlər baş verdiyi halda dəmir yolu ilə fasiləsiz daşımalar həyata keçirilib.

Təkcə 2022-ci ildə BTQ ilə yük daşımaları 691 min ton olub.

Qeyd edək ki, 2017-ci ildə BTQ-nin birinci xətti istifadəyə verilib. Bu gün marşrutun uzunluğu 850 kilometrdir.