İzmir böyük şəhər bələdiyyəsi tender elan edib

İzmir böyük şəhər bələdiyyəsi tender elan edib

Bakı. TurkicWorld:

İzmir böyük şəhər bələdiyyəsi Bornova Evka-3 Tələbə Yataqxanasının Tikintisi ( ümumi sahə 13.195 m² ) üçün tender elan edib.

Bu barədə TurkicWorld AzerPress-ə istinadən xəbər verir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İnşaat işlərinin təhvil verilmə tarixi tenderin nəticələrinin açıqlanmasında 1080 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 25 aprel 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “Mimar Sinan Mah. 9 Eylül Meydanı No:9/1 (Kültürpark 3 Nolu Hol Yapım İhaleleri Dairesi Başkanlığı Yapım İhaleleri İhale Salonu) Konak/İzmir” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 232 293 44 60, 232 293 40 72