Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 700 min tona çatıb (ÖZƏL)

Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 700 min tona çatıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 698 min 913 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 23 min 962 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 674 min 951 ton yük daşınıb.

“2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin Bandırma limanından 32 min 356 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton transit yük daşınıb.