Liviyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Liviyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar ayında Liviyadan Türk limanlarına 3 milyon 491 min 184 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Liviyadan limanlara 393 min 564 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 miyon 90 min 782 ton yük çatdırıb.

Bu müddət ərzində Liviya bayraqlı gəmilərlə Türkiyə limanlarına 6 min 838 ton yük çatdırılıb. 2023-cü ilin yanvar ayında Türkiyə limanlarına Liviyadan 237 min 412 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.