Bakı. TurkicWorld:
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablama aparıb.
Hesablamaya görə, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 3 milyon 714,06 min tonla müqayisədə 10% azdır. Beləliklə, cari ilin ilk doqquz ayında qaz kondensatı hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 370,23 min ton azalıb.
Hesabat dövründə hasil edilən qaz kondensatının 3 milyon 335,05 min tonu əmtəəlik məhsul kimi qeydə alınıb. Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 3 milyon 707,82 min ton təşkil edib. Bu isə illik müqayisədə 10,1% və ya 372,77 min ton azalma deməkdir.
Eyni zamanda, 2026-cı ilin yanvar-sentyabr aylarında 3 milyon 332,71 min ton qaz kondensatı göndərilib. Hesabat dövrünün sonuna məhsul qalığı isə 42,21 min ton təşkil edib.
Beləliklə, cari ilin ilk 9 ayında Azərbaycanda qaz kondensatının həm ümumi hasilatında, həm də əmtəəlik istehsalında ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınıb.
Ümumilikdə, Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 37,9 milyard kubmetr qaz hasil edilib. Bunun 10,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,6 milyard kubmetri "Şahdəniz", 1,2 milyard kubmetri "Abşeron" yataqlarının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.