Son dəqiqə

Azərbaycan

“Wonderful” şirkəti Azərbaycanda ofisinin açılması imkanlarını araşdırır

Bakı,TurkicWorld

Süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti "Wonderful" Azərbaycanda ofis açmaq imkanlarını araşdırır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, mövzu nazir Rəşad Nəbiyevin "Wonderful" şirkətinin təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşündə müzakirə olunub.

Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanları müzakirə edilib.

Mövzuya görə xəbərlər