Trabzon Beynəlxalq Hava Limanının yük dövriyyəsi 30 faizdən çox artıb (ÖZƏL)

Trabzon Beynəlxalq Hava Limanının yük dövriyyəsi 30 faizdən çox artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artaraq, 3 milyon 174 min 800 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 3 faiz artaraq 2 milyon 471 min 458 nəfər, beynəlxalq reyslər üzrə isə 1,86 dəfə artaraq 703 min 342 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq 36 min 450 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 23 min 668 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1,50 dəfə artaraq, 12 min 783 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 23 min 479 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz azalaraq 16 min 972, beynəlxalq reyslər üzrə isə 96 faiz artaraq 6 min 507 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.