Mart ayında Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Mart ayında Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin mart ayında Türkiyə limanları 36 milyon 684 min 911 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 719 min 910 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5 milyon 699 min 607 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min 473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, - deyə nazirlikdən bildirilib.

X: Lamanasadli01