OPEK

OPEK fondu Azərbaycandakı layihələrə 60 milyon dollar ayıracaq

Bakı.TurkicWorld:

OPEK Beynəlxalq İnkişaf Fondu Azərbaycandakı layihələr üçün ümumilikdə 60 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.

Bu barədə fondun məlumatında qeyd olunub.

Qərar OPEK Beynəlxalq İnkişaf Fondunun Direktorlar Şurasının 197-ci iclasında qəbul edilib.

Qeyd olunub ki, birinci dərəcəli girov təminatı ilə 40 milyon dollar məbləğində kredit Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması layihəsinin dəstəklənməsinə yönəldiləcək. Bu, ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk iri həcmli zavod olacaq.

Bundan əlavə, yerli maliyyə institutuna təqdim edilən 20 milyon dollar məbləğində əsas kredit mikro, kiçik və orta müəssisələrin (MKOS), o cümlədən qadınların sahib olduğu sahibkarlıq subyektlərinin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Mövzuya görə xəbərlər