Son dəqiqə

Mikayıl Cabbarov

Azərbaycanın ən böyük bankı ABB Özbəkistan bazarına çıxır - Mikayıl Cabbarov

BAKI,TurkicWorld

Azərbaycanın və Cənubi Qafqazın ən böyük bankı ABB tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxır.

TurkicWorld-un xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Özbəkistanda Azərbaycanın demək olar ki, bütün iri vergi ödəyicisi şirkətləri təmsil olunur.

"Bu gün Azərbaycanın və bütün Cənubi Qafqaz regionunun ən böyük bankı – ABB ilə müqavilə imzalanacaq ki, bu da bankın tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxmasını göstərir", – deyə Cabbarov bildirib.

Nazir layihənin həyata keçirilməsinə rahat investisiya mühitinin yaradılmasına və dəstəyə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, tənzimləyici orqana, Mərkəzi Banka və ölkə hökumətinə minnətdarlığını bildirib.

"Fürsətdən istifadə edərək, hörmətli Şavkat Miramonoviçə, tənzimləyici orqana, Mərkəzi Banka və hökumətə ümumilikdə rahat investisiya mühitinin yaradılmasına və birbaşa bu layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istərdim", – deyə Cabbarov qeyd edib.

Mövzuya görə xəbərlər