BAKI,TurkicWorld
İqtisadiyyat naziri Mikayıl Cabbarov İran rəsmisi Mehdi Heydəri ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüş İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində baş tutub.
Məlumata görə, Mehdi Heydəri İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və OIETAI-nin prezidentidir.
Görüşdə Azərbaycan və İran arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti müzakirə olunub.
Tərəflər ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Biznes əlaqələrinin gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.
Hər iki tərəf iqtisadi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.







