İl boyu Xorvatiyadan Türkiyə limanlarına çatdırılan yüklərin həcmi 900 min tonu ötüb (ÖZƏL)

İl boyu Xorvatiyadan Türkiyə limanlarına çatdırılan yüklərin həcmi 900 min tonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Xorvatiyadan Türk limanlarına 932 min 467 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 34 min 964 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 694 min 466 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 203 min 37 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarına Xorvatiya 1 milyon 359 min 515 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 207 min 476 ton yük qəbul edib. Bu

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 423 min 909 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 783 min 567 ton olub.

Bununla yanaşı, 2022-ci ilin oktyabr ayında Türkiyə limanlarından 6 milyon 324 min 357 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.