Türkiyənin Gemlik limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin Gemlik limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Bursa şəhərində yerləşən Gemlik 9 milyon 318 min 210 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 770 min 721 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 547 min 489 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Gemlik limanından 436 min 354 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.