Bakı. TurkicWorld:
Azərbaycan və Almaniya arasında dənizçilərin sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Leypsiq şəhərində Almaniyanın nəqliyyat naziri Patrik Şnayderlə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində, xüsusilə avtomobil və hava daşımalarında mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə etdik. Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək", - paylaşımda qeyd edilib.







