Son dəqiqə

İqtisadiyyat Nazirliyi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

BAKI,TurkicWorld

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Dünya İqtisadi Forumunun (DİF) Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Corc arasında keçirilən görüşdə 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib.

TurkicWorld xəbər verir ki,tərəflər əməkdaşlıq planı çərçivəsində prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, sənaye klasterlərinin transformasiyası və enerji sektorunda süni intellekt tətbiqləri, Strateji İntellekt platforması, Qlobal mayak şəbəkəsi, “TradeTech”, “GovTech” və Süni İntellekt İdarəetmə Alyansı kimi qlobal təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə 4Sİ Azərbaycan mərkəzinin DİF-in ən aktiv 3 mərkəzindən biri olduğu qeyd olunub. Həmçinin DİF-in 4Sİ Mərkəzləri şəbəkəsi ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədbirlərin təşkili və Azərbaycanın 4-cü Sənaye İnqilabı üzrə qlobal təşəbbüslərdə iştirakının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər