Son dəqiqə

İqtisadiyyat Nazirliyi

Əmlak bazarında ən çox qeydiyyat harada aparılıb?

BAKI. TurkicWorld

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58 996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə TurkicWorld-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 10 448-i (17,7 %) ilkin, 48 548-i (82,3 %) isə təkrar qeydiyyatın payına düşür.

2026-cı ilin yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 12 704, mənzillərdə 13 865, torpaq sahəsi üzərində 30 313, qeyri-yaşayış binası üzərində 561, qeyri-yaşayış sahələrində 1452, əmlak komplekslərində 85, çoxmərtəbəli yaşayış binaları üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 604-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində 41 323 texniki pasport tərtib edilib, 10 004 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Mövzuya görə xəbərlər